İtaliya “ChatGPT” çatbotuna əlçatanlığa qoyulan məhdudiyyəti ləğv etdi
29 aprel 2023 04:58 (UTC +04:00)

İtaliya “ChatGPT” çatbotuna əlçatanlığa qoyulan məhdudiyyəti ləğv etdi

0

İtaliyada “ChatGPT” süni intellekt çatbotuna daxil olmağa tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Lent.az xəbər verir ki, bu barədə İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “ChatGPT” İtaliyadakı istifadəçilər üçün yenidən əlçatandır.

Xatırladaq ki, agentlik istifadəçilərin şəxsi məlumatlarının toplanması qaydalarını pozduğu ilə bağlı şübhələrin yaranması səbəbindən mərkəzi ofisi ABŞ-da yerləşən “OpenAI” şirkətinin “ChatGPT” süni intellekt çatbotuna girişi martın 31-də müvəqqəti olaraq dayandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1439

Oxşar yazılar