Ermənistan Xarici İşlər Nazirliyi “Azatutyun” radiostansiyasının sorğusuna cavab olaraq təsdiq edib ki, iyunun 10-da Sudanın paytaxtı Xartumda 2 erməni qadının cəsədi tapılıb, ehtimal ki, onların ayın ilk günlərində aclıqdan ölüblər.
“Xartumda vəziyyətin gərginləşməsindən əvvəl, şəhəri tərk edən günlərdə iki erməni bacıya da (bacılardan birinin adı Zvart Yekavyandır) şəhəri tərk etmək təklif edilib, lakin böyük bacının köçməkdə problemi olub və kiçik bacı (61 yaş) böyüyünün qayğısına qalmaq üçün şəhəri tərk etmək istəməyib”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi Sudanın erməni icmasının üzvlərinə istinadən vurğulayır.