Fransa polisi Marsel şəhərində 2 nəfəri həbs edib.
Lent.az-ın xəbərinə görə, Monpelye şəhərində yaşlı qadın bankomatdan pulunu çıxardıqdan sonra tramvay dayanacağına yaxınlaşıb. Bu zaman o, kartının və çıxardığı pulların üstündə olmadığını hiss edərək polisə xəbər verib.
Hadisə yerinə gələn polislər çox keçmədən cibgirliyi törədənləri saxlayıb. Onlardan birinin Ermənistan, digərinin Braziliya vətəndaşı olduğu müəyyən edilib.
Hər 2 şəxs hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə cibgirlər deportasiya olunublar.