Rusiyanın Vladivostok şəhərində güclü yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bələdiyyə müəssisəsinin dayanacağında dayanan 4 avtobus bir anda yanıb.
Yanğının sahəsi 50 kv.m olub.
Ölən və yaralananlar olmayıb.
Alov sürətlə yaxınlıqdakı avtomobillərə keçib. Nəticədə yanğınsöndürənlər gələnə qədər artıq dörd avtobus yanıb.
Yanğın söndürülüb, hazırda səbəbi araşdırılır.