Danimarka Müdafiə Nazirliyi: Ukraynaya 19 özüyeriyən artilleriya qurğusu veriləcək
10 aprel 2023 23:48 (UTC +04:00)

Danimarka Müdafiə Nazirliyi: Ukraynaya 19 özüyeriyən artilleriya qurğusu veriləcək

0

Danimarka Krallığı bir ay ərzində Ukraynaya Fransanın 19 SEZAR özüyeriyən artilleriya qurğusunu verə biləcək.

Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Danimarka müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen bildirib.

Bu ilin yanvarında Danimarka 19 Sezar özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini vəd etmişdi.

"Poulsen bildirib ki, Danimarkanın bir ay ərzində SEZAR haubitsalarını çatdıra biləcəyi gözlənilir", - Danimarka mətbuatı yazır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1966

Oxşar yazılar