Misirin İsgəndəriyyə şəhərində uçan 13 mərtəbəli binanın dağıntı nəticəsində ölənlərin sayı 9-a çatıb.
Bu barədə Lent.az yerli mülki müdafiə idarəsinin bəyanatına istinadən xəbər verir.
"Ölənlərin sayı indi 9-a çatıb", - məlumatda deyilir.
Bundan başqa, Misirin hüquq-mühafizə orqanları binanın sahibini və 4 podratçını saxlaya biliblər.
Misirin şimalında 13 mərtəbəli binanın uçması iyunun 26-da məlum olub. Nəticədə park edilmiş avtomobillərə və binanın altındakı mağazalara ziyan dəyib. Dağıntılar arasında yanğın baş verib, yanğın söndürülüb.