ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Nikki Heyli deyib ki, prezident Co Baydenin "86 yaşına qədər yaşaması çətindir".
Lent.az bildirir ki, onun sözləri “Fox News” kanalında yayımlanıb.
"O, 2024-cü ildə yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb və düşünürəm ki, biz hamımız Baydenə səs versəniz, Harrisin (vitse-prezident Kamala) prezidentliyinə ciddi ümid etdiyinizi deyə bilərik", - Heyli deyib.
Onun fikrincə, Baydenin ölümü çox tez baş verə bilər - ehtimal ki, növbəti beş ildə.