Bayden rüşvət almaqda şübhəli bilinib
04 may 2023 07:39 (UTC +04:00)

Bayden rüşvət almaqda şübhəli bilinib

0

ABŞ Konqresinin Nümayəndələr Palatası FTB-dən ABŞ prezidenti Co Baydenin rüşvət alması iddiası ilə bağlı məlumat tələb edib.

Lent.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, dövlət başçısı vitse-prezident olarkən əcnəbi şəxslə korrupsiya sxemində iştirak etməkdə şübhəli bilinir.

Senator Çarlz Qrassli və konqresmen Ceyms Komer ABŞ-ın baş prokuroru Merrik Qarlendə və FTB direktoru Kristofer Reye bəyanat veriblər.

Sənəddə deyilir ki, “DoJ və FBI sizin Amerika xalqına açıqlamadığınız qiymətli və yoxlanıla bilən məlumatlara malikdir”.

Konqres məsələni müstəqil araşdırmaq niyyətində olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1615

Oxşar yazılar