60-a yaxın avtomobil toqquşdu, 10 nəfər...
31 mart 2023 05:11 (UTC +04:00)

60-a yaxın avtomobil toqquşdu, 10 nəfər...

0

Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.

Zəncirvari qəzada 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları göndərilib. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza səbəbindən nəqliyyatın hərəkətini dayanıb. Bu səbəbdən magistralda böyük tıxac yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2193

Oxşar yazılar