Soçidə 14 yaşlı şagird sinif yoldaşını sinifdə bıçaqlayaraq qolundan yaralayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Krasnodar diyarının prokurorluğu məlumat verib.
Şagird xəstəxanaya yerləşdirilib, hazırda onun həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Fakt araşdırılır.