Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndindəki yanğın nəticəsində 92 evə ziyan dəyib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunub ki, yanğın zamanı bir nəfərin meyiti tapılıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin helikopteri də daxil olmaqla 120 nəfəri və 33 texnikası cəlb olunub.
İdarədən verilən məlumata görə, quru otların çox olması səbəbindən yanğın genişlənməkdə davam edir.