Sonuncu Osmanlı vəfat etdi
0
0
Şahzadə Ertuğrul Osman Osmanoğlu 97 yaşında həyatdan köçüb
Osmanlı Sultanlarının nəslinin sonuncu nümayəndəsi, şahzadə Ərtoğrul Osman Osmanoğlu dünən böyrək çatışmazlığından müalicə olunduğu ABŞ xəstəxanalarının birində 97 yaşında vəfat edib.
Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, şahzadə İstanbulda babası Sultan 2-ci Əbdülhəmidin türbəsində dəfn olunacaq.
Qeyd edək ki, Sultan 2-ci Əbdülhəmidin nəvəsi, şahzadə Mehmet Burhaneddin Əfəndinin oğlu Ərtoğrul Osman 1924-cü ildə 12 yaşında ailəsi ilə birgə sürgün edilib. 1974-cü ildə Osmanlı xanədanının üzvləri üçün çıxarılan əfv fərmanından sonra ilk dəfə 1992-ci ildə Türkiyəyə gəlib və 2004-cü ildə Türkiyə vətəndaşlığı alıb.