85 yaşlı kişinin əkiz uşağı olacaq
0
0
Türkiyədə Atrvin bölgəsinin Hopa rayonunda yaşayan 85 yaşlı Camal Karabacak 10 aydır ki, molla kəbini ilə Gürcüstanın Batumi şəhərindən olan 48 yaşlı Meri Şantadze adlı bir qadınla yaşayır.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, ilk evliliyindən 5 övladı, 21 nəvəsi olan Camal Karabacak yenidən ata olacaq.
Xəstəxanada aparılan müayinə göstərib ki, Meri Şantadze 3 aylıq hamilədir, iki əkiz övlad gözləyir. Yaxın vaxtlarda rəsmi nikah bağlamağa hazırlaşan cütlük səbirsizliklə əkizlərin anadan olacağı günü gözləyir.
Camal Karabacak deyib ki, uşaqları olacağı üçün çox sevinir: “Keçmişdə uşaqlarımı böyütdüyüm beşiklər durur. Dünyaya gələcək yeni uşaqlarımı o beşiklərdə yatırdacağam”.