Dövlətə xəyanətdə  təqsirləndirilən şəxsə HÖKM OXUNDU
04 fevral 2026 17:37 (UTC +04:00)

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

0

Dövlətə xəyanət etməkdə təqsirləndirilən Faiq Vəlizadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Faiq Vəlizadə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən Faiq Vəlizadə DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar