Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?
21 fevral 2026 19:08 (UTC +04:00)

Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?

0

Bir çox valideyn elə bir “sehirli düymə” arzulayır ki, uşaq telefonu isterikasız və uzun-uzadı dil tökmədən kənara qoysun. Amma təcrübə göstərir ki, birbaşa qadağa əks effekt verir ekran daha da cazibədar olur.

Lent.az xəbər verir ki, uşaqlar təzyiqə yox, alternativə daha yaxşı reaksiya verirlər. Məhz burada uğurlu “ayırmağın” əsas sirri gizlənir.

Uşağa sadəcə “elektron cihazı kənara qoy” demək əvəzinə, maraqlı bir məşğuliyyət təklif edildikdə beyin daha asan keçid edir. O, itki hiss etmir, əksinə yeni stimul qazanır. Ekspertlər vurğulayırlar ki, fəaliyyəti məcburən sırımaq olmaz. Uşaq seçim hüququnun özündə qaldığını hiss etməlidir. Ən yaxşı nəticə böyüyün də iştirak etdiyi məşğuliyyətlərdə alınır. Birgə oyun və ya gəzinti uşaq tərəfindən cəza kimi deyil, diqqət və sevgi kimi qəbul olunur. Uşaqlar emosiyanın olduğu yerə meyl edirlər. Əgər valideyn özü prosesə həvəslə qoşulursa, uşaq telefonu tez unudur. Psixoloqlar qeyd edirlər ki, elektron cihazlar çox vaxt uşaqlar üçün ünsiyyətin yerini tutur. Ona görə də onlara təkcə qaydalar yox, canlı ünsiyyət də lazımdır. Əgər uşaq yaradıcılığa maraq göstərirsə, ona rəsm və ya konstruksiya üçün materiallar təklif etmək olar. Bu, azadlıq və seçim hissi yaradır. Bəzi uşaqlar fiziki aktivliyi sevir. Bu halda qısa gəzinti və ya top oyunu kömək edə bilər. Vacib məqam valideyn əsəbi görünməməlidir. Uşaqlar emosiyanı dərhal hiss edir və müqavimətlə cavab verirlər. Böyük sakit olduqda isə uşaq daha tez razılaşır. Pedaqoqların müşahidələri də bunu təsdiqləyir.

“Keçid vaxtı” metodu da effektivdir. Uşağa əvvəlcədən bildirilir ki, məsələn, beş dəqiqədən sonra oyunu bitirmək lazımdır. Beləliklə, beyin hazırlaşmağa vaxt tapır və müqavimət azalır. Bu, sadə, amma təsirli üsuldur. Bəzi ailələr xüsusi rituallar yaradır: axşam kitab oxumaq, stolüstü oyunlar, birlikdə şam yeməyi hazırlamaq. Uşaq anlayır ki, elektron cihazlarsız vaxt da maraqlı ola bilər. Əsas odur ki, bu proses öhdəliyə çevrilməsin. Məcburiyyət marağı öldürür. Uşaq hiss etdikdə ki, onu eşidirlər, kompromisə daha asan gedir. Və elektron cihazlar yeganə zövq mənbəyinə çevrilmir. Məhz düzgün yanaşma, qadağa yox, texnologiya ilə sağlam münasibət qurmağa kömək edir. Bu, yumşaq və uzunmüddətli nəticə verən yoldur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar