ChatGPT reklam yerləşdirmələrini  sınaqdan keçirdi - OpenAI satışa çıxarıldığını  təsdiqlədi
12 fevral 2026 14:33 (UTC +04:00)

ChatGPT reklam yerləşdirmələrini sınaqdan keçirdi - OpenAI satışa çıxarıldığını təsdiqlədi

0

OpenAI şirkəti öz süni intellektə əsaslanan çat-botu ChatGPT-də reklam inteqrasiyalarının sınaqlarına start verib.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Reklamlar kimlər üçün görünəcək?

ABŞ-da pulsuz istifadəçilər və yeni ChatGPT Go tarif planı istifadəçiləri üçün reklamlar göstəriləcək. Reklamlar cavabların daxilində görünəcək, ancaq açıq şəkildə işarələnəcək və əsas məzmundan vizual olaraq ayrılaşdırılacaq.

Necə işləyəcək?

OpenAI-nin rəsmi bəyanatına görə, reklamlar istifadəçilər üçün daha faydalı olanlara fokuslanacaq, yəni söhbətin mövzusu, əvvəlki mesajlar və əvvəlki reklam qarşılıqlı əlaqələri nəzərə alınacaq. İstifadəçilər istəsələr, şəxsi zövqə əsaslanan reklamı deaktiv edə biləcəklər.

Şirkətin baş direktoru Sam Altman yanvar ayında sosial şəbəkədə bildirmişdi ki, OpenAI “ChatGPT-nin cavabına təsir edən reklam üçün pul qəbul etməyəcək” və istifadəçi söhbətlərinin məxfiliyini qoruyacaq.

Məxfillik və təhlükəsizlik

OpenAI vurğulayıb ki, yanıltıcı və fırıldaqçı reklamların filtrasiya üçün xüsusi tədbirlər hazırlanır. 18 yaşdan kiçik istifadəçilərə reklam göstərilməyəcək.

Reklam necə görünə bilər?

Amerika portalı Axios-un məlumatına görə, model kontekstə uyğun şəkildə işləyə bilər. Məsələn:

📌 Siz resept soruşduqda, xidmətlərin və çatdırılmanın reklamları təklif oluna bilər.

Niyə məhz indi?

Bu addım OpenAI-nin generativ süni intellekt texnologiyalarından gəlir əldə etmək istəyinin bir hissəsidir. Eyni zamanda Google kimi digər nəhənglər də öz süni intellekt platformalarında reklam imkanlarını nəzərdən keçirirlər.

Yeni tarif planı - ChatGPT Go

OpenAI yanvar ayında yenilik olaraq ChatGPT Go adlı ödənişli planı da təqdim edib. Aylıq abunə haqqı təxminən 8 dollardır və bu tarif də reklam testlərinin bir hissəsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar