Ziyafət Əsgərov Şura üzvlüyünə namizəd oldu
17 fevral 2016 12:21 (UTC +04:00)

Ziyafət Əsgərov Şura üzvlüyünə namizəd oldu

0

Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir.

 

Qərar layihəsində deyilir: ““Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır:

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin”.

 

Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar