Xarici işlər nazirləri Tbilisi Bəyannaməsi qəbul edib
19 fevral 2016 12:55 (UTC +04:00)

Xarici işlər nazirləri Tbilisi Bəyannaməsi qəbul edib

0

 

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin Beşinci Üçtərəfli Görüşündə Tbilisi bəyannaməsi imzalanıb.

 

XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyannaməyə əsasən

 

Nazirlər tərəfindən regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlər bir daha qeyd edilib,

Üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayıb və strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlər qeyd edilib,

Xarici işlər nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə və Qars Bəyannamələrindəki öhdəliklərinə sadiqlikləri vurğulanıb,  

17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumlarını ən ağır sözlərlə mühakimə etdilər və bir daha terrorizmin əsl mahiyyətini ifşa ediblər. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiq etdilər, türk xalqına dərin başsağlığı verdilər və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqları bir daha qeyd edilib,

Regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmasını tələb etmək vurğulanıb,

Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq ən tez bir müddətdə sülh yolu ilə nizamlanmasının əlahiddə vacibliyini bir daha qeyd ediblər,

İqtisadiyyat nazirlərinin dördüncü görüşü və 6 mart 2015-ci il tarixində Batumidə keçirilmiş Üçtərəfli İşgüzar Forum, 2 aprel və 17 dekabr 2015-ci il tarixlərində müvafiq olaraq Tbilisi və İstanbulda keçirilmiş Müdafiə nazirlərinin ikinci və üçüncü görüşləri və 5 may 2015-ci il tarixində Ankarada keçirilmiş Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşündən məmnunluq ifadə edilib,

Enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıblar və bu xüsusda, 12 fevral 2015-ci il tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci görüşünü, 17 mart 2015-ci il tarixində Qarsda keçirilmiş “Trans-Anadolu Qaz boru kəməri”nin (TANAP) təməl qoyma mərasimini alqışladılar və Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına karbohidrat ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə etdilər. Onlar cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu qeyd edilib,

Nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolunu vurğuladılar və 15-16 oktyabr 2015-ci il tarixlərində Tbilisi İpək Yolu Forumunun uğurlu təşkili alqışlanıb,

Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli rolunu vurğulayıblar, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağı qeyd edilib və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha bildiriblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində Tbilisidə keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli Nazirlər görüşündəki məhsuldar məsləhətləşmələri alqışlanıb,

2015-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatan “İpək Yolu” marşrutu üzrə Çindən ilk tranzit konteyner qatarının keçməsini alqışladılar və multi-modal imkanlara malik trans-regional infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb,

Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən keçməklə, Qara dəniz və Xəzər dənizi vasitəsilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb/Orta nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb (dəmir yolu və avtomobil nəqliyyatına dair birgə layihələrin reallaşdırılması və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Anakliyadakı “Yeni Dərin Dəniz Limanı”, eləcə də Türkiyənin Qara dəniz sahillərində yerləşən dəniz limanlarının inkişaf etdirilməsi xüsusi olaraq qeyd edildi),

Ticarət dövriyyəsi, üç ölkədən keçən yuxarıda adı qeyd olunmuş nəqliyyat dəhlizinin rəqabətliliyi və cəlbediciliyini artırmaq məqsədilə tariflərin yüksək əhəmiyyəti vurğulanıb,

İştirakçı, həmçinin digər əlaqəli ölkələr üçün əsas olan nəqliyyat və neft-qaz infrastrukturunun davamlı, sabit və təhlükəsiz inkişafının təmin edilməsinin böyük əhəmiyyəti vurğulanıb,

Nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması və onun beynəlxalq səviyyədə birgə təşviq edilməsi məqsədilə üç ölkənin müvafiq dövlət qurumlarının üçtərəfli görüşlərinin keçirilməsinin vacibliyi vurğulanıb,

Üç ölkənin özəl sektoru üçün Gürcüstan-Aİ AA/DCFTA tərəfindən təqdim olunan imkanları qeyd edilib,

2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsiniqiymətləndirdilər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar,gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini vurğulanıb,

Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılığa gəlinib,

Qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətilikləri yenidən təsdiq edilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar