Prezident portuqaliyalı həmkarını təbrik edib
18 fevral 2016 18:22 (UTC +04:00)

Prezident portuqaliyalı həmkarını təbrik edib

0

 

Prezident İlham Əliyev  Portuqaliya Respublikasının yeni seçilmiş prezidenti  Marselo Rebelo de Susaya prezident seçilməsi münasibətilə təbrik məktubu göndərib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Rebelo de Susa,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar