Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
23 may 2016 19:12 (UTC +04:00)

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

0

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident Ilham Əliyevə təbrik məktubu yollayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

 

 

“Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram və qarşıdan gələn ildə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram”.

 

Həmçinin, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Polşa Respublikasının Prezidenti Andjey Duda  və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan da Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar