Azərbaycan prezidenti Bruney sultanını təbrik edib
22 fevral 2016 18:23 (UTC +04:00)

Azərbaycan prezidenti Bruney sultanını təbrik edib

0

 

Prezident İlham Əliyev Bruney-Darüssalamın sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, təbrikdə deyilir:

 

“Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar