"Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur"
18 fevral 2016 18:26 (UTC +04:00)

"Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur"

0
 
“ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac görmürük”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

 
İsveç xarici işlər nazirinin Bakıda keçirdiyi mətbuat konfransında Minsk qrupunun formatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya XİN sözçüsü qeyd edib ki, Minsk qrupunun formatı hamı tərəfindən qəbul olunur: "Bu format bir çox məqamlarda effektivdir. Ona görə də onun dəyişdirilməsinə ehtiyac görmürük".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar