Ceyhun Bayramov, xarici işlər naziri
01 mart 2026 14:43 (UTC +04:00)

Ceyhun Bayramov, xarici işlər naziri

Ceyhun Bayramov Xamenei ilə bağlı başsağlığı verdi

0

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı İran Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar