Yaşı 3000-dən çox  olan bürünc qılınc tapıldı: Təzə kimi parıldıyır
17 iyun 2023 15:52 (UTC +04:00)

Yaşı 3000-dən çox olan bürünc qılınc tapıldı: Təzə kimi parıldıyır

1

Almaniyanın cənubunda 3000 ildən çox yaşı olan bürünc qılınc tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Bavariya Dövlət Tarixi Abidələri Qoruma İdarəsindən verilən açıqlamaya görə, tarixi əşya Nürnberq və Ştutqart arasındakı Nördlingendə keçən həftə qazıntılar zamanı aşkarlanıb. Qılıncın Tunc dövrünün ortalarına aid olduğu güman edilir və parıltısından təzə kimi qalıb.

Qılıncın səkkizbucaqlı sapı var və üç nəfərin - kişi, qadın və oğlanın - tunc əşyalarla birlikdə dəfn edildiyi qəbirdən tapılıb.

Tədqiqatçılar qılıncın əsl silah olduğuna inanırlar. “Bıçağın ön hissəsindəki ağırlıq mərkəzi onun ilk növbədə kəsmək üçün balanslaşdırılmış olduğunu göstərir”, deyə alimlər bildiriblər.

BLfD-nin rəhbəri, professor Matthias Pfeil bildirib ki, rxeoloqlarımızın bu tapıntını daha dəqiq təsnif edə bilmələri üçün qılınc və qəbir daha çox öyrənilməlidir:

“Amma indidən deyə bilərik ki, qorunma vəziyyəti fövqəladədir. Çox nadir tapıntıdır”.

Bavariya abidələr bürosunun məlumatına görə, həmin dövrə aid qılınc tapıntıları qeyri-adi hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3150

Oxşar yazılar