Ermənistanda türk dilində danışdığı  üçün döyülüb Azərbaycana qaçmışdı - HƏBS OLUNDU
13 fevral 2026 14:55 (UTC +04:00)

Ermənistanda türk dilində danışdığı üçün döyülüb Azərbaycana qaçmışdı - HƏBS OLUNDU

0

Ermənistandan qanunsuz yolla Azərbaycana keçən iraqlı həbs olunub.

Lent.az xəbər verir ki, İraq türkməni olan 24 yaşlı Bədrauin Ermənistanda iş yerində türkcə danışdığı üçün rəhbərlik tərəfindən döyülüb. Bundan sonra o, həmin ölkədə yaşamağın onun üçün təhlükəli olduğunu düşünüb və İraqa qayıtmaq istəyib. Lakin Ermənistan-İran sərhədində erməni sərhədçilər ona 2000 dollar cəriməsi olduğu üçün ölkəni tərk edə bilməyəcəyini deyiblər.

Bundan sonra Bədrauin Ermənistanla Azərbaycanın quru sərhədinin olduğunu öyrənib və işləmək üçün Azərbaycana keçməyə qərar verib. Avqustun 29-da avtobusla sərhədə yaxın kəndə gələrək “Google Maps” tətbiqi ilə dövlət sərhədini qanunsuz olaraq keçib. 3 gün meşədə gecələyib. Sentyabrın 1-i səhər saatlarında asfalt yolla irəlilədikdən sonra Azərbaycan bayrağını görüb. Saat 10 radələrində isə Qubadlının Əliquluuşağı kəndi yaxınlığında Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Saxlanılan əcnəbi ifadəsində bildirib ki, Ermənistanda fəhləlik və çobanlıq edib. Dəfələrlə maaşını ala bilmədiyi üçün etiraz etsə də, onu aldadıb zorla işlədiblər. Bir dəfə anası ilə telefonda türk dilində danışıb. Bunu görən iş yerinin rəhbərliyi onu döyüb.

Qubadlı rayon Məhkəməsinin qərarı ilə İraq vətəndaşı 1 il 1 ay müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar