Bakıda oteldə meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” oteldə qeydə alınıb.
Bakı şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Mehran oğlu Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti otelin otağında aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Araşdırmalar Yasamal rayon prokurorluğu tərəfindən aparılır.