Arxa duman  işıqlarını yandıranlar saxlanıldı - REYD
13 fevral 2026 09:24 (UTC +04:00)

Arxa duman işıqlarını yandıranlar saxlanıldı - REYD

0

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.

İdarədən Lent.az-a bildirilib ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən, sutkanın qaranlıq vaxtı xarici işıq cihazlarını yandırmayan sürücülər saxlanılıb və onlara qanunvericiliyin tələbi izah olunub.

Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, fərdi məsuliyyət və qaydalara əməl etmək təhlükəsiz yolun ilk şərtidir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar