Seks üzrə Avropa çempionatı dayandırıldı
15 iyun 2023 04:44 (UTC +04:00)

Seks üzrə Avropa çempionatı dayandırıldı

14

İsveçdə keçirilən seks üzrə Avropa çempionatının ispaniyalı iştirakçısı Selva Lapiedra yarışın təşkilatçılıq səviyyəsinin aşağı olması səbəbindən dayandırıldığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Onun dediyinə görə, tədbirdə yayımda problemlər olub və münsiflər olmayıb.

O, həmçinin müsabiqənin təşkilatçısı olan isveçli striptizçi Draqan Bratiçin ona qonorar verməkdən imtina etdiyini və ona hücum etməyə çalışdığını bildirib.

Seks çempionatı iyunun 8-də başlamalı idi, lakin yarış bir gün təxirə salındı, daha sonra iştirakçılar getdilər, buna görə də çempionat dayandırıldı.

Xatırladaq ki, iştirakçılar cəzbedicilik, bədənin müxtəlif hissələrinin masajı, rəqibin bədənində erotik zonaların masajı, ön oyun, oral seks, penetrasiya, dözümlülük, görünüş, duruş, mövqe dəyişikliyində yaradıcılıq kimi fənlər üzrə qiymətləndirilməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
14
# 18886

Oxşar yazılar