“Burada qala bilmədim, mənlik deyil. Bəlkə də başqalarına çox maraqlıdır. Amma açığı, bəzi düşük insanları görəndə mənim ətim tökülür”. Lent. az-ın məlumatına görə, bu sözləri İnstagram sosial şəbəkəsinə yenicə üzv olan müğənni Nadir Qafarzadə deyib. Müğənni adı çəkilən sosial şəbəkədən qeydiyyatdan keçsə də artıq özünü virtual dünyada görmək istəmədiyini bəyan edib: “Sosial şəbəkədə özümü görmək istəmədim. Sözün açığı heç mənim orada oturmağa vaxtımda olmurdu. İşlərimin çox olmasından dolayı bura vaxt ayırmağıma imkanım yoxdu. Mən yeni layihələr üzərində işləyirəm. Sevənlərimi tezliklə sevindirəcəm”.