Bakıda "süni intellekt"lə seyf oğurlayanlara HÖKM OXUNDU
22 dekabr 2025 16:41 (UTC +04:00)

Bakıda "süni intellekt"lə seyf oğurlayanlara HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluq əməli törətməkdə təqsirləndirilən Məmmədov Ruslan, Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazilin cinayət işi üzrə hökm elan edilib.

Məhkəmə tərkibi qısa müşavirədən sonra zərərçəkənə dəymiş ziyanın tam olaraq ödənildiyini əsas gətirərək, təqsirləndirilənlər -  Ruslan Məmmədovun 5  il şərti cəza tətbiq olunmaqla 1 il sınaq müddəti, Emin Əliyevin 5 il şərti tətbiq edilməklə 1 il sınaq müddəti, Rahid Hadıyevin 5 il, 6 ay cəza müddəti olmaqla 2 il sınaq müddəti, Fazil Əliyevin 5 il, 6 ay şərti cəza tətbiq olunmaqla 1 il sınaq  müddəti tətbiq olunmaqla məhkəmə zalından azadlığa buraxılmaları barədə hökm oxuyub.

Qeyd edək ki, dövlət ittihamçısı  təqsirləndirilən şəxslərə - Ruslan Məmmədov və Emin Əliyevin hər birinin 6 il 6 ay, Rahid Hadıyev və Fazil Əliyevin isə hər birinin 7 il, 6 ay  müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, istintaqla müəyyən edilib ki, Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs yaxud şəxslər, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib.

Onlar 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini A.T (ad şərtidir) ilə zəng vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Danışıq zamanı onun qızı L.R (ad şərtidir) guya ağır yol-nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğunu deyiblər.

Cinayətkarlar həmçinin L.R-ya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən 8 ədəd beş qramlıq, 1 ədəd on qramlıq qızıl külçə olan fərdi parol əsasında kilidlənmiş dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verərək yaşlı qadını aldadıblar. Bunu da süni intellekt vasitəsilə törədiblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2081

Oxşar yazılar