“Lukoyl”un vitse-prezidenti, “Spartak” futbol klubunun prezidenti Leonid Fedun sərvətinin 99 faizini itirib.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə Rusiya Futbol İttifaqıİcraiyyə Komitəsinin üzvü Vladimir Afanasyev məlumat verib.
“Fedun vəziyyətinin ağır olduğunu, var-dövlətinin 99 faizini itirdiyini söylədi. Bu, onun şəxsi puludur, cibinə ziyan vurur”, - Afanasyev bildirib.
Martın əvvəlində məlum olub ki, rusiyalı milyarder kapitalının 80 faizinə qədərini itirib. “Forbes”in Rusiya reytinqində Fedun əvvəllər 11,1 milyard dollar sərvəti ilə 16-cı yerdə idi.
Bu arada, ən varlı 20 rusiyalının sərvəti martın 24-də Moskva birjasında ticarətin açılış günündə 14,1 milyard dollar artıb. “Novatek”in rəhbəri Leonid Mixelsonun kapitalı ən çox (2,5 milyard dollar) artıb və varidatı 20,6 milyard dollara çatıb.