Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko Rusiyanın Ukraynaya hücumundan dəymiş ziyanı 100 milyard dollar qiymətləndirib.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, o, bu barədə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun platformasında vebinar zamanı bildirib
“Ofisimizdə olan ən ilkin hesablamalara görə, biz artıq aktivlərimizi itirmişik - onların təxmini dəyəri təxminən 100 milyard ABŞ dollarıdır. Bunlar artıq itirdiklərimizin çox təxmini qiymətləndirməsidir”, - Ustenko vurğulayıb.