Rusiya hökuməti sanksiyaların ciddiliyini bilir və şıltaq əhval-ruhiyyəyə malik deyil.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu baş nazir Mixail Mişustin deyib.
Eyni zamanda o, əmindir ki, Nazirlər Kabineti birləşməklə Rusiyanın üzləşdiyi çətinliklərin öhdəsindən gələ biləcək.

Baş nazir bir müddət əvvəl Rusiyaya qarşı sanksiyalar təzyiqini iqtisadi müharibə adlandırmışdı. Onun sözlərinə görə, indi ölkə hökuməti və parlamenti yalnız bütün hakimiyyət orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində öhdəsindən gələ biləcək tarixi çağırışlarla üzləşib.