Uzun illər keyfiyyəti və yenilikləri ilə alıcıların rəğbətini qazanan, “Kərə Ləzzətli
Möcüzə” yağlarının həyata keçirdiyi “Sən Özün Bir Möcüzəsən” adlı layihəsi
istehlakçıların marağına səbəb oldu.
Paytaxtın bir neçə böyük marketlərində yerləşdirilmiş xüsusi cihaza yaxınlaşan
insanlar “Möcüzə” yağlarının stendində sürprizlər qarşılaşır. Onlar özlərini
güzgüdə görür və dərhal sonra “Sən Özün Bir Möcüzəsən” yazısı çap edilmiş
şəkillərini cihazdan təhvil alırlar. Bu layihə vasitəsilə marka istehlakçısına illərdir
ona sadiq olduğu üçün öz növbəsində təşəkkürünü bildirir.
Qeyd edək ki, “Sən Özün Bir Möcüzəsən” layihəsi 1-10 iyul tarixlərində Park
Bulvar AVM-də davam edəcək.