Keçmiş nazirin  beş şirkəti   ləğv olunur
05 mart 2022 17:57 (UTC +04:00)

Keçmiş nazirin beş şirkəti ləğv olunur

0

"Improtex Group" MMC-yə daxil olan beş şirkət ləğv olunur.

Lent.az-ın  "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, MMC-yə daxil olan "IMAIR Aviakompaniyası" MMC, "İmproteks Kommers" kiçik müəssisəsi, "Improtex Transexpress" MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, ləğv olunur.

Qeyd edilir ki, "IMAIR Aviakompaniyasi", "İminteks-Tikinti Quraşdırma", "İmproteks-Prodakşn" şirkətlərinə kreditorlar iki ay ərzində tələblərini 1 060 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

"İmproteks Kommers" və , "Improtex Transexpress"ə isə kreditorlar iki ay ərzində tələblərini 1060 Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, bu şirkətlər keçmiş Əmək və Əhalinin Müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2356

Oxşar yazılar