BVF Ukraynadakı münaqişənin iqtisadi fəsadları barədə xəbərdarlıq etdi
05 mart 2022 23:41 (UTC +04:00)

BVF Ukraynadakı münaqişənin iqtisadi fəsadları barədə xəbərdarlıq etdi

1

Ukraynada eskalasiyanın üzanmasının iqtisadi fəsadları ağır olacaq.

Lent.az-ın “Le Monde” saytına istinadla xəbərinə görə, bu açıqlama ilə Beynəlxalq Valyuta Fondu (BVF) çıxış edib. Qurum bildirir ki, bu fəsadlar dünya miqyasında hiss olunacaq.

Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyaların da dünya iqtisadiyyatına və maliyyə bazarlarına təsiri çoxtərəfli olacaq. Ukraynadakı eskalasiya ilə bağlı proqnoz vermək çətin olsa da, artıq münaqişənin iqtisadi fəsadlarının ağır olduğu bəllidir.

Qurum bildirir ki, enerji daşıyıcılarının qiymətlərinin artması bir çox ölkədə indlyasiya tempini sürətləndirəcək. Ukraynanın isə, hərbi əməliyyatlar zamanı dağıdılmış infrastrukturu  bərpa etməsinə milyonlarla dollar vəsait tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2230

Oxşar yazılar