Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
“Azərbaycan Dəmir Yolları”ndan Lent.az-a verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı elektrik qatarları martın 5-də (şənbə günü) iş, 6, 7 və 8-də isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.