Martın 25-də saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Lent.az xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.