Azərbaycan banklarının kartları RUSİYADA İŞLƏMƏYƏCƏK
09 mart 2022 14:48 (UTC +04:00)

Azərbaycan banklarının kartları RUSİYADA İŞLƏMƏYƏCƏK

0

"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

Lent.az APA-ya istinadən xəbər verir ki, artıq bununla bağlı Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən "Visa" və "Mastercard" ödəniş sistemləri Rusiyada fəaliyyətini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3813

Oxşar yazılar