ABŞ-dan Rusiya neftinə  QADAĞA
08 mart 2022 20:55 (UTC +04:00)

ABŞ-dan Rusiya neftinə QADAĞA

0

ABŞ Rusiyadan neft, qaz və kömrün idxalına tam qadağa qoyub.

APA-nın “BBC”ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Bayden bununla bağlı qərarı təsdiqləyib.

Baydenin sözlərinə görə, bu addım Rusiyaya daha bir güclü zərbə vuracaq.

"Biz müharibənin subsidiyalaşdırılmasının bir hissəsi olmayacağıq" -, deyə ABŞ lideri bildirib.

Qaz qiymətlərinin artması ilə bağlı artan qorxulara baxmayaraq, bu addım ABŞ-da geniş siyasi dəstəyə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2399

Oxşar yazılar