Ueston Makkenni
07 mart 2022 19:24 (UTC +04:00)

Ueston Makkenni

“Yuventus”un futbolçusunun ayağı qırıldı

0

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenninin durumuna aydınlıq gəlib.

Lent-ın Apasport.az saytına istinadən məlumatına görə, Çempionlar Liqasının 1/8 final mərhələsində “Vilyarreal”la görüşdə zədələnən 24 yaşlı oyunçu üçün mövsüm erkən bitib.

Bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb. O, müayinədən sonra ayağında qırıq aşkarlanan ABŞ millisinin üzvünün yalnız gələn mövsüm öncəsi təlim-məşq toplanışına qatıla biləcəyini söyləyib.

Qeyd edək ki, Ueston Makkenni “Yuventus”a 2020-ci ildə “Şalke”dən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1941

Oxşar yazılar