"Yuventus" 8 illik oyunçusundan imtina etdi
30 iyun 2023 19:55 (UTC +04:00)

"Yuventus" 8 illik oyunçusundan imtina etdi

0

Kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado “Yuventus”dan ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib:

“Sevinc, təbəssüm, zarafat və həvəs, başgicəlləndirici driblinqlər, çılğın ötürmələr, qollarla dolu səkkiz unudulmaz il. Bu il onun komanda oyununa töhfəsi əhəmiyyətli olub. O, 47 matçda meydana çıxıb ki, bu da ona “byankoneri”nin heyətində 300 oyuna çıxmaq həddini keçməyə imkan verib. Kuadrado Turin komandasının tarixində iz qoyub. Onun hər kəsə bəxş etdiyi duyğular əbədi olaraq bizimlə qalacaq.

Hər şey üçün təşəkkür edirik, Panita!”.

Futbolçunun “byankoneri”lərlə müqaviləsi bu il iyunun sonunda başa çatır. Turin klubu 35 yaşlı futbolçu ilə əməkdaşlığı yeniləməmək qərarına gəlib. Kuadrado səkkiz il (2015-ci ildən) “Yuventus”da çıxış edirdi. Turin komandası ilə o, on kubok qazandı: beş Skudetto, üç Kubok və iki İtaliya Super Kuboku.

2022/2023 mövsümündə kolumbiyalı yarımmüdafiəçi “byankoneri”nin heyətində bütün yarışlarda 47 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə Kuadradonun təxmini dəyəri 4 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2767

Oxşar yazılar