Yığmamız estonlara  UDUZDU
22 noyabr 2023 20:54 (UTC +04:00)

Yığmamız estonlara UDUZDU

0

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Lent.az xəbər verir ki, millimiz Şərqi Avropa Zona Assosiasiyasının (EEVZA) çempionatında üçüncü sınağına çıxıb.

Latviyanın Dauqavpils şəhərində baş tutan görüşdə yığmamızın rəqibi Estoniya olub. Şahin Çatmanın rəhbərlik etdiyi komandamız üç setdə uduzaraq üçüncü məğlubiyyətini alıb.

EEVZA çempionatı
III tur, 22 noyabr
Azərbaycan – Estoniya – 0:3 (17:25, 9:25, 16:25)

Qeyd edək ki, millimiz bunadək Latviya və Ukraynaya eyni hesabla uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4909

Oxşar yazılar