Yanvarda klubunu dəyişəcək ulduzlar - ADLAR
02 yanvar 2022 10:59 (UTC +04:00)

Yanvarda klubunu dəyişəcək ulduzlar - ADLAR

1

Avropanın böyük futbol ölkələrində transfer pəncərəsi artıq açılıb.

Apasport.az saytının məlumatına görə, bir çox futbolçu qısa müddətdə komandasını dəyişməli olacaq.

Britaniya mətbuatı isə bu ay klubunu tərk edəcək ulduz futbolçuların adlarını sıralayıb. Maraqlıdır ki, 9 oyunçunun təşkil etdiyi siyahıda “Mançester Yunayted” 3 nəfərlə təmsil olunub.

Qış transfer dönəmində başqa komandaya keçməsi gözlənilən tanınmış futbolçular bunlardır:
Cessi Linqard (“Mançester Yunayted”)
Natan Ake (“Mançester Siti”)
Filipp Koutinyo (“Barselona”)
Harri Uinks (“Tottenhem”)
Qaret Beyl (“Real”)
Antoni Marsyal (“Mançester Yunayted”)
Dele Alli (“Tottenhem”)
Din Henderson (“Mançester Yunayted”)
Corcinyo Veynaldum (PSJ)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2119

Oxşar yazılar