Martın 5-də İspaniya çempionatının 24-cü turunun “Barselona” – “Valensiya” oyunu baş tutub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş katalonların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xavi üçün bu oyun "Barselona"nın La Liqada 50-ci oyunu olub. Bu müddət ərzində klub İspaniya çempionatında 118 xal toplayıb. Bu göstəriciyə görə Xavi 117 xal toplayan Xosep Qvardiolanı qabaqlayıb.
Bu göstərici üzrə rekordçu Luis Enrikedir - 127 xal.
Bu görüşdən sonra "Barselona" turnir cədvəlində ikinci pillədəki "Real"ı 9 xal qabaqlayaraq liderliyini möhkəmləndirib (62 xal).