"Barselona" baş məşqçisi Xavi Hernandes ilə müqaviləni uzadacaq.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Mənbənin sözlərinə görə, mütəxəssisin yeni müqaviləsi 2026-cı ilə qədər hesablanacaq. Qeyd olunur ki, gənc baş məşqçi “Kamp Nou”da xoşbəxt olduğu üçün təklifi qəbul etməyə hazırdır.
Xavi 2021-ci ilin noyabrında Kataloniya klubunun sükanı arxasına keçib. Bu mövsüm La Liqada onun komandası 65 xalla 1-ci yerdədir.