UEFA “Qarabağ”a 1 milyon 294 min avro  ödədi
01 noyabr 2022 11:41 (UTC +04:00)

UEFA “Qarabağ”a 1 milyon 294 min avro ödədi

0

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) UEFA tərəfindən ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qitə futbol qurumu qrupdakı performansa görə, Ağdam təmsilçisinə 1 milyon 294 min avro köçürüb. Qurban Qurbanovun yetirmələri qrupda 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu noyabrın 3-də Bakıda Almaniya təmsilçisi “Frayburq”a qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1893

Oxşar yazılar