Qobustanda 3 yaşlı uşaq dərmandan zəhərləndi  - YENİLƏNİB
17 aprel 2026 17:19 (UTC +04:00)

Qobustanda 3 yaşlı uşaq dərmandan zəhərləndi - YENİLƏNİB

1

3 yaşlı oğlan aprelin 15-də saat 22:40-da zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu təyin edilib. 

Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

***

15:27

Qobustanda azyaşlı dərmandan zəhərlənib.

Lent.az-ın məlumatına görə, 3 yaşlı Elcan Qənizadə yaşadığı evdə dərmandan zəhərlənərək xəstəxanaya aparılıb.

Uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 592

Oxşar yazılar