Türkiyədə oyunlar təxirə salındı
10 mart 2022 18:31 (UTC +04:00)

Türkiyədə oyunlar təxirə salındı

0

Türkiyə Futbol Federasiyası (TFF) ölkə çempionatlarının oyunlarını təxirə salıb.

Apasport.az saytı xəbər verir ki, buna səbəb kimi ölkədəki əlverişsiz hava şəraiti göstərilib.

Federasiya martın 11-14-də keçirilməsi planlaşdırılan I, II və III liqalardakı görüşləri martın 18-21-nə təxirə salıb.

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun şərəfini qoruduğu “Bursaspor”un da “Balıkesirspor”la martın 14-dəki ev oyunu təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1866

Oxşar yazılar