Türkiyə millisində  gözlənilməz ayrılıq   - FOTO
25 mart 2022 03:25 (UTC +04:00)

Türkiyə millisində gözlənilməz ayrılıq - FOTO

0

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

Lent.az xəbər verir ki, B.Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub olub. B. Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2555

Oxşar yazılar